ABŞ Prezidenti Cozef Bayden ölkənin miqrasiya ilə bağlı mövqeyini açıqlayarkən təsadüfən Kanada əvəzinə Çini tərifləyib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Bayden Ottavada Kanada parlamentində çıxışı zamanı ABŞ-ın immiqrasiya siyasətini müzakirə edərkən yenidən səhv danışıb.

“Biz Birləşmiş Ştatlarda insan alverini alovlandıran qeyri-qanuni miqrasiyanın qarşısını almaqla təhlükəsiz və humanitar baza təmin etmək üçün qanuni miqrasiya marşrutlarını genişləndiririk. Ona görə də bu gün mən Çinin çıxmasına görə alqışlayıram... Bağışlayın, Kanadanı alqışlayıram”-deməsi parlamentarilərin gülüşünə səbəb olub.