AEBA-nın baş direktoru Rafael Qrossi Ukraynanın Zaporojye vilayətinə yola düşüb.

"Unikal" xəbər verir ki, Qrossi tviter səhifəsində bu barədə məlumat verib.

"Nüvə təhlükəsizliyi vəziyyətini birbaşa qiymətləndirmək üçün Zaporojye AES-ə gedirəm. Mən münaqişədə stansiyanın mühafizəsi üçün cəhdlərimi davam etdirəcəyəm və rotasiyamıza başçılıq edəcəyəm", - deyə o qeyd edib.