Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirəcəyi təqdirdə Avropa İttifaqı yeni sanksiyalar tətbiq etməyə hazırdır.

"Unikal" xəbər verir ki, bunu  Aİ-nin xarici xidmətinin rəhbəri Cozep Borrel deyib.

"Belarus hələ də bunu dayandıra bilər, bu, onların seçimidir. Aİ növbəti sanksiyalarla cavab verməyə hazırdır", - o, Twitter-də yazıb.

Borrell həmçinin Belarusun Rusiya nüvə silahlarının yerləşdirilməsini “eskalasiya və Avropa təhlükəsizliyinə təhdid” adlandırıb.