İsrail Prezidenti İsaak Hersoq Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

"Unikal" xəbər verir ki, İsaak Hersoq bu barədə Twitter-də paylaşım edib.

O bildirib ki, Azərbaycanın İsraildəki ilk səfiri Muxtar Məmmədovun etimadnaməsini təqdim etməsinə görə Prezident İlham Əliyevi təbrik edir:

“Bu təyinat diplomatik münasibətlərin 30 illiyini qeyd etdiyimiz bir mərhələdə çox mühüm hadisədir”.

Qeyd edək ki, Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov etimadnaməsini İsrail Prezidenti İsaak Hersoqa təqdim edib.

Səfir bu barədə Twitter-də paylaşım edib.

O yazıb ki, Azərbaycan Respublikasının İsraildə 1-ci səfiri kimi İsrail Dövlətinin Prezidentinə Etimadnaməmi təqdim etməkdən şərəf və qürur duyur.