Ukrayna Rusiya prezidenti Volodimir Putinin Belarusda Rusiya nüvə silahının yerləşdirilməsi ilə bağlı bəyanatı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Kiyev Təhlükəsizlik Şurasının daimi üzvləri - Fransa, Böyük Britaniya, ABŞ və Çindən qəti addımlar gözləyir.

Rusiya da bu təşkilatın daimi üzvüdür və orada veto hüququna malikdir.

Ukrayna Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək niyyətini “daha ​​bir təxribatçı addım” adlandırır.