Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Twitter səhifəsində Bayraktar Kızılelma pilotsuz təyyarəsinin fotosunu yayıb.

"Unikal" xəbər verir ki, şəkildə Türkiyə prezidenti PUA-nın qarşısında dayanıb.

Ərdoğan həmçinin bildirib ki , Amerika tərəfinin hərəkətlərinə cavab olaraq tanınmamış Şimali Kipr Türk Respublikasında (ŞKTC) hücum pilotsuz uçuş aparatları (PUA) yerləşdirilib .

Prezidentin sözlərinə görə, İHA-ların, o cümlədən zərbə vuran pilotsuz təyyarələrin Kiprin şimalında yerləşdirilməsi ABŞ-ın Kiprə silah tədarükünə embarqonu ləğv edən hərəkətlərinə cavabdır .

O, həmçinin əlavə edib ki, Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri lazım gələrsə, adanın şimalına sürətlə çata bilər.