İsrail Prezidenti İshaq Hersoq hökuməti məhkəmə islahatlarının qəbul edilmə prosesini dərhal dayandırmağa çağırıb.

"Unikal" xəbər verir ki, İsrail Prezidenti bununla bağlı öz rəsmi tviter hesabında paylaşım edib.

"İsrail xalqının birliyi, eləcə də məsuliyyət naminə sizi qanunvericilik prosesini dayandırmağa çağırıram. Milli təhlükəsizlik, iqtisadiyyat, cəmiyyət, hər şey təhlükə altındadır”, - deyə İsrail lideri  qeyd edib.