Məşhur aktrisa Afra Saraçoğlunun aktyor Çağatay Ulusoyla eşq yaşadığı iddia edilir. 

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, ikili ötən gün İstanbulda restoranların birində görüntülənib.  

Bildirək ki, cütlük Blu TV-də yayımlanan "Yeşilçam" serialında birlikdə rol alıblar. Xatırladaq ki, Saraçoğlu 4 il sevgili olduğu aktyor Mert Yazıcıoğludan bir müddət əvvəl ayrılıb. Ulusoy isə aktrisa Duyğu Sarışınla 6 illik münasibətini yanvarda bitirib.