“Qalatasaray”ın futbolçusu Mauro İkardi “Qarabağ”la Bakıda keçirilən xeyriyyə matçına görə Azərbaycana təşəkkür edib. 

"Unikal" xəbər verir ki, komandasının qələbə qolunu vuran argentinalı hücumçu bununla bağlı instaqram hesabında paylaşım edib:

“Zəlzələdə zərərçəkənlərə yardım üçün təşkil edilmiş bu oyuna görə Azərbaycana təşəkkür edirəm. İştirak edən hər kəsə minnətdaram”.