Martın 27-də Tərtər rayonunun Talış kəndində məktəb və uşaq bağçasının açılış mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, məktəb 78 şagird yerlikdir. Məktəbdə 8 sinif, tibb və müəllimlər otağı, akt zalı və kitabxana yerləşir. Məktəbin həyətyanı ərazisində süni ot örtüklü futbol və idman meydançaları yaradılıb. Hazırda təhsil müəssisəsində 24 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə isə 16 müəllim məşğul olur.

Daha sonra məktəbəqədər təhsil müəssisəsində yaradılmış şəraitlə tanışlıq olub. Məlumat verilib ki, uşaq bağçasının birmərtəbəli binası da əsaslı təmir edilib.