Göyçay rayonunda intihar hadisəsi olub.

"Unikal"ın məlumatına görə rayonun Şahsoltanlı kənd sakini, 1985-ci il təvəllüdlü Həmidov Rəhim Nazir oğlu bu gün yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. Rəhim Həmidovun özünə qəsd etməsinin səbəbi hələ ki, bilinmir. Onun meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Şahnəzər Bəşirov