Saray qəsəbəsində baş verən qəzada ölənlərin sayı artıb.

"Unikal" xəbər verir ki, hadisə zamanı 2018-ci il təvəllüdlü  Zəminə Hüseynli, 2007-ci il təvəllüdlü Məryəm Allahverdiyeva və 1974-cü ildə anadan olmuş daha bir nəfər dünyasını dəyişib.

2019-cu il təvəllüdlü Mehdi  Hüseynli, 2016-cı il təvəllüdlü  Hüseyn Hüseynli, 1984-cü təvəllüdlü Nərminə Hüseynova və 1989-cu il təvəllüldü  Nurəngiz  Hüseynli isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

xxx

19:43

Saray qəsəbəsində minik və yük avtomobilləri toqquşub, ölən var.

Bu barədə "Unikal"a FHN-dən bildirilib.

"112" qaynar telefon xəttinə Abşeron rayonunun Saray qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili və “İveco” markalı yük avtomobili toqquşub, 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.