Ekvadorun mərkəzi hissəsindəki Alausidə mart ayının 27-də baş verən torpaq sürüşməsi nəticəsində itkin düşənlərin sayı 64 nəfərə çatıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ekvador prezienti Gilermo Lasso "Twitter"də açıqlayıb. O, fəlakət zonasına baş çəkib. 

Məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb, 23 nəfər yaralanıb.

Hazırda axtarış-xilasetmə əməliyyatı fasiləsiz davam etdirilir. 

Ağarza Elçinoğlu