İrandan keçərək bombalı hücum təşkil etmək üçün Türkiyəyə gələn terrorçu Ağrı vilayətində tutulub. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Təhlükəsizlik Kəşfiyyat Müdirliyi açıqlayıb. 

Terrorçunun İranda fəaliyyət göstərən Suriya əsilli, Memo Kasım kod adlı Rodi Ebdilla Ehmet adlı təşkilat üzvü olduğu müəyyən edilib.

Məlumata görə, Türkiyə-İran sərhəd naqillərinə ilişən, içərisində silah və sursat olan çantanın izinə düşən polis, Doğubəyazıt rayonunda terrorçunun miqrantlar arasında gizləndiyini aşkar edib. Təşkilat üzvü bələdiyyə binasına girərkən yaxalanıb. 

Ağarza Elçinoğlu