Tanınmış sənətçi İbrahim Tatlısəs 5-ci dəfə AK Partiya Şanlıurfa millət vəkili namizədliyi üçün müraciət edib.

"Unikal" xəbər verir ki, Türkiyə  üçün hər cür xidmətə hazır olduğunu bildirən Tatlısəs sosial media hesabından açıqlama verib.

"Urfama xidmət etmək üçün buradayam. 50 dəfə namizəd olmuşam, 100 dəfə daha Urfama namizəd olacağam. Məqsədim Şanlıurfanın problemlərini həll etməkdir. Şanlıurfa siyasətinə yeni nəfəs gətirmək. Görürsünüz ki,, həmişə Şanlıurfa deyirəm, həmişə Şanlıurfa deyirəm. Yenə deyirəm, Şanlıurfaya xidmət nəfəsi gətirəcəyəm, Şanlıurfaya xidmətim sənətdə görünür. İndi mən siyasi xidmətə can atıram. Həmvətənlərimi yarı yolda qoymayacağam", - deyə bildirib. 

 Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək. 

Gülayə Mecid