Yaponiyada 6,2 bal gücündə zəlzələ baş verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanlar Sakit okeanda Yaponiyanın Hokkaydo adasının cənub sahillərində, Hakodate şəhərindən 197 kilometr cənub-şərqdə qeydə alınıb. 

Zəlzələnin episentri suyun 20 kilometr dərinliyində yerləşib. 

Təbiət hadisəsinin intensivliyi "dağıdıcı" olaraq xarakterizə edilib. Zəlzələnin fəsadları barədə hələ ki, məlumat verilməyib. 

Ağarza Elçinoğlu