Norveçin Gürcüstandakı səfiri Helen Sand respublikanın Xarici İşlər Nazirliyinə çağırılıb. 

"Unikal" xəbər verir ki, bu barədə "Rustavi-2" telekanalı məlumat yayıb. 

Məlumata görə, səfir keçmiş prezident Mixail Saakaşviliyə "Sjur Lindebrekke" mükafatının təqdim edilməsi ilə əlaqədar XİN-ə dəvət olunub. 

Diplomat jurnalistlərə insidentlə bağlı şərh vermədən nazirliyi tərk edib.

Ağarza Elçinoğlu