"Moskvaya elə gəlir ki, indiyədək biz onlardan asılıyıq. Onlar bizi heç vaxt müstəqil görməyiblər". 

"Unikal" xəbər verir ki, bunu erməni deputat Qaqik Melkonyan deyib.

Deputat qeyd edib ki, Roma Əsasnaməsinin ratifikasiyası ilə Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ermənistana səfər edərsə, mütləq həbs edilməlidir: "Birincisi, o, gəlməyəcək, Ermənistan da onu tutmayacaq. Əgər biz o sazişləri bağlayırıqsa, o zaman üzərimizə düşən vəzifələri yerinə yetirməliyik". 

Ağarza Elçinoğlu