Mayın 21-də Yunanıstanda parlament seçkiləri keçiriləcək.

"Unikal" xəbər verir ki, bu barədə çərşənbə axşamı baş nazir Kiriakos Mitsotakis hökumətin iclasında bildirib. Onun çıxışı EPT1 tərəfindən yayımlanıb.

"Milli seçkilər indiki kabinetin dörd illik mandatının sonunda, konkret olaraq mayın 21-də keçiriləcək", - Mitsotakis bildirib.

Seçkilərin nəticələrinə əsasən, siyasi partiyalar üçün yerlərin bölgüsü hazırkı müxalifət partiyası SİRİZA - PA-nın hakimiyyəti dövründə qəbul edilmiş sadə proporsional sistem üzrə həyata keçiriləcək ki, bu da heç bir partiyaya müstəqil şəkildə hökumət qurmağa imkan vermir. İndiki partiyalar da ittifaq etmək fikrində deyillər. Təkrar seçkilər birincidən 20 gündən gec olmayaraq keçirilə bilər və artıq qanunu Yeni Demokratiya Partiyasının qəbul etdiyi güclü proporsional sistem üzrə keçiriləcək.

Yeni seçki qanunvericiliyinə əsasən qalib gələn partiya parlamentdə əvvəlki kimi 50 deyil, 30 əlavə yer mükafatı alacaq. Parlamentə nəzarət etmək üçün hökumətin 300 yerlik birpalatalı ali qanunverici orqanda ən azı 151 yerə sahib olması lazımdır.