Fransada pensiya haqqında qanuna etirazlar səngimək bilmir.

"Unikal" xəbər verir ki, etirazçılar pensiya islahatlarının ləğvini tələb edir, eyni zamanda prezident Emmanuel Makronu istefaya çağırır.

Daha əvvəl xəbər verildiyi kimi, Fransanın ən böyük şəhərlərində 2023-cü ilin yanvarından etirazlar keçirilir, pensiya islahatının təsdiq edildiyi mart ayından aksiyalar daha kütləvi hal almağa başlayıb.

Xatırladaq ki, 2023-cü ilin martında Fransa hökuməti ölkədə pensiya yaşının iki il artırılaraq 64 yaşa çatdırılması barədə qərarı təsdiqləyib.