Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 595 vaksin vurulub.

"Unikal" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci doza üzrə 331, ikinci doza üzrə 107, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 130-dur. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 27-dir.