Fransa Parlamenti Ukraynada 1932-1933-cü ildə baş verən aclığı (Qolodomor) soyqırımı kimi tanıyıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Tvitterdə bildirib.

Qeyd edək ki, Fransa Qolodomoru tanıyan 26-cı ölkədir.