Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Göyçayın Ərəbcəbirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Sürücü Vüqar Ağayevin idarə etdiyi "BMW" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü Vüqar Ağayev və sərnişinlər-Məhəmməd Məmmədov, İsa Babayev, Səma Cabbarova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

DİN Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov faktı təsdiqləyib, məsələ ilə bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparıldığını bildirib.

Şahnəzər Bəşirov