Tezliklə İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq.

"Unikal" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Twitter"də yazıb.

"Əziz dostum, qardaşım və həmkarım Fatih Dönməz ilə enerji əməkdaşlığımızı dərinləşdirəcək layihələr üzrə fəaliyyətimizi dəyərləndirdik. Tezliklə İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq", - nazir yazıb.

Qeyd edək ki, Budapeştdə P.Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz arasında görüş keçirilib.