Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro ABŞ-ı tərk edib. 

"Unikal" xəbər verir ki, bu barədə BBC məlumat yayıb. 

Eks-prezident son üç aydır ki, Florida ştatında yaşayırdı.  O, bu gün təyyarə ilə Braziliyaya qayıdıb.  

Yanvarın 8-də tərəfdarlarının Braziliya şəhərində hökumət binalarına basqın etməsindən sonra Bolsonaro Braziliyadan ABŞ-a qaçıb.