Türkiyədə aprel ayının 3-dən etibarən universitetlərdə əyani tədrisə keçid edilir. 

"Unikal" xəbər verir ki, bunu Türkiyə Ali Təhsil Şurasının (YÖK) şədri Erol Özvar açıqlayıb. 

YÖK sədrinin sözlərinə görə, tələbələrə həmçinin istəkləri üçün distant təhsil də davam etdiriləcək. 

Özvar qeyd edib ki, yaz semestrində imtahanlar şəffaflıq prinsipi əsasında distant təhsil metodları ilə onlayn keçiriləcək.

Qeyd edək ki, Türkiyədə baş verən zəlzələlər səbəbi ilə 17 fevral 2023-cü il tarixindən etibarən distant təhsil tətbiq olunurdu. 

Ağarza Elçinoğlu