"SEPAH-ın Qüds qüvvələrini ciddi şəkildə hədəfə almalıyıq".

"Unikal" xəbər verir ki, bunu Amerika Ordusunun Birləşmiş Qərargah rəhbəri Mark Milley Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin iclasında deyib:

“Yaraqlıların ABŞ-ın İraq və Suriyadakı mövqelərinə hücumunun qarşısını almaq üçün, Birləşmiş Ştatlar SEPAH-ın Qüds Qüvvələrini güclü şəkildə hədəf almalıdır və bu, ABŞ-ın dəqiq planıdır”.

ABŞ Baş Qərargah Rəisləri Komitəsinin sədri həmçinin bildirib ki, İran, Çin və Rusiya yaxınlaşır və bu yaxınlaşma uzun illər Amerika üçün problem yaradacaq.