ABŞ Şimali Koreyadan Rusiyaya silah tədarükündə iştirakda şübhəli bilinən Slovakiya vətəndaşına qarşı sanksiyalar tətbiq edib.

"Unikal" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bratislava sakini, 56 yaşlı Aşot Mkrtıçev 2022-ci ilin sonu ilə 2023-cü ilin əvvəli arasında Rusiya ilə Şimali Koreya arasında iyirmi növdən çox silah və sursatın satışı və barterinin təşkilində iştirak edib.

ABŞ Maliyyə Nazirliyinin açıqlamasına görə, silah müqabilində KXDR “müxtəlif əşyalar – sərnişin təyyarələrindən tutmuş xammal və mallara qədər” alıb.

Bəyanatda Mkrtıçevin vasitəçiliyi ilə hər hansı sövdələşmənin yekunlaşıb-bağlanmadığı göstərilmir.