Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 211 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 56, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 130, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 22, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 3 nəfərdir.