Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 11, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 2 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 963 989, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 254, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 230, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 403 300, pozitiv nəticədən sonra buster doza olunanların sayı 266 205 təşkil edir.