Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Bu barədə "Unikal"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Vurulan vaksinlərin ümumi sayı 13 963 989, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 254, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 230, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 403 300, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 205 nəfər təşkil edir.