Qaxda ana və azyaşlı övladı ocaqda yanıb. 

"Unikal"ın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Marsan kəndində baş verib. Kənd sakini 1994-cü il təvəllüdlü Nəsimət Zahid qızı Məmmədli yaşadığı evin həyətində ocaq qalayan zaman ehtiyatsızlıqdan  özü və  yanında olan 6 yaşlı qızı Raziyə Məmmədli müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alıblar. Ana və azyaşlı övladı Qax Rayon Mərkəzi Xəstəxanasının  Reanimasiya şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri orta-ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli