Şəkidə yol qəzası olub, 3 nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Şəki rayon sakini, 1968-ci il təvəllüdlü Oqtay Məmmədovun idarə "Niva" markalı avtomobilə Seymur Salamovun idarə etdiyi "Mercedes" markalı avtomobill toqquşub.

Nəticədə 55 yaşlı Oqtay Məmmədov, onun həyat yoldaşı 45 yaşlı Aynur Məmmədova və "Mercedes"in sürucüsü Seymur Salamov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli