"Xəritələrin 1920-ci ildən götürülməsi o deməkdir ki, Zəngəzur da, hətta Meğrinin əksər hissəsi də bizdə qalır. Həm də 1920-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) də yox idi". 

Bunu gənclərlə görüşündə "Unikal"ın müxbirinin sualına cavabında respublikanın ilk baş naziri olmuş Həsən Həsənov deyib. 

O, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sərhədlərin bərpası məsələsində 1975-ci il xəritələrini əsas götürməsini Rusiya ilə əlaqələndirib: "Paşinyan hesab edir ki, həmin xəritələri onlara Rusiya göndərib. O vaxtlarda Sovet İttifaqının bütün xəritələri Sovet Ordusunun Baş Qərargahı tərəfindən nəzarət, tərtib və təsdiq olunurdu. Bildiyiniz kimi, danışıqlar gizli keçdi. İndi bizimkilərin məhz, o xəritələri əsas götürüb-götürmədiyini deyə bilmərəm". 

Həsən Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin də bu barədə mövqeyinə münasibətində bildirdi ki, sərhədin 1920-ci il xəritələrinə əsasən çəkilməsi əsas götürülür: "Prezidentimiz deyir ki, 1975-ci ildə nə var? Gəl, elə xəritələri 1920-ci ildən götürək. Xəritələrin 1920-ci ildən götürülməsi isə o deməkdir ki, Zəngəzur da, hətta Meğrinin Nüvədi kəndi də bizdə qalır. 1920-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) də yox idi". 

Ağarza Elçinoğlu