Bu gün Azərbaycan Premyer Liqasının 36-cı turuna start veriləcək.

"Unikal" xəbər verir ki, mövsümün son turunun ilk oyun günündə 3 görüş baş tutacaq.

“Sumqayıt” – “Zirə” və “Qəbələ” – “Kəpəz” matçları eyni saatda start götürəcək. Günün son matçında isə “Səbail” və “Şamaxı” komandaları üz-üzə gələcək. Bu oyunda elitanı tərk edəcək komandanın adına aydınlıq gələcək.

Qeyd edək ki, “Neftçi” – “Sabah” və “Qarabağ” – “Turan Tovuz” oyunları isə sabah keçiriləcək.