Göygöldə mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Unikal"a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin və Sarısu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Çaykənd kəndindəki fermaların birindən ümumi dəyəri 15710 manat olan 67 baş xırda buynuzlu mal-qaranı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, rayon sakinləri Turani İsmayılov, Elşən İmanov, Seymur Nəcəfov, Fəxri Qocayev və Vüsal İmanov qabaqcadan əlbir olaraq qrup şəklində fermanın qapısını sındıraraq mal-qaranı oğurlamış, daha sonra Bərdə rayonuna apararaq satıblar.

Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir