Bryansk vilayətində kamikadze PUA Rusiya Müdafiə Nazirliyinin “Niva” markalı avtomobilinə hücum edib.

"Unikal" xəbər verir  ki, bu barədə Rusiyanın "Baza" teleqram kanalı məlumat yayıb. 

Bildirilir ki, hücum nəticəsində iki hərbçi həlak olub.

Bundan əvvəl Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov vilayətin Mayski kəndinə Ukrayna PUA-nın hücum etdiyini bildirib.  Onun sözlərinə görə, PUA Federal Miqrasiya Xidmətinin binasına partlayıcı qurğu atıb.

Gülayə Mecid