Hindistanda dövlət məmuru suya düşən telefonunu tapmaq üçün bəndi boşaltmalı olub.

"Unikal" BBC-yə istinadən xəbər verir ki,  Hindistanın Çhattisqarh əyalətindən olan Rajeş Vişvas selfi çəkdirərkən telefonu Kherkatta bəndinə düşüb.  

Anbara düşən 1200 dollar dəyərində telefonunu tapmaq üçün ilk olaraq bölgədəki dalğıclara müraciət edən Vişvas, səyləri nəticəsiz qaldıqdan sonra su nasosunu işə salıb.

Telefonu xilas etmək üçün işə salınan su nasosu 3 gündə 2 milyon litr suyu bənddən boşaldıb.

Hadisədən sonra qanun pozuntusuna görə araşdırılan Vişvas, telefonunda dövlətin gizli sənədlərinin olduğunu iddia edib. Vişvas suyun boşaldılması üçün bənd rəsmisindən "şifahi icazə" aldığını söyləyib O, iddia edib ki, məmur vurulan suyun yaxınlıqdakı suvarma kanalına yönəldiləcəyini və fermerlərin istifadəsinə veriləcəyini bildirib.

Bildirilib ki, axıdılan su 600 hektar kənd təsərrüfatı sahəsini təmin etməyə kifayət edir.