İsmayıllıda məktəblini sərnişin avtobusu vuraraq öldürüb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Lahıc yolu istiqamətində baş verib.

Qəza nəticəsində Qobustan sakini, 2010-cu il təvəllüdlü Cəfərov Asəf Valeh oğlu dünyasını dəyişib.

İlkin məlumatlara əsasən, məktəblini turistləri daşıyan sərnişin avtobusu vurub.

Məktəblinin İsmayıllıda qonaq olduğu ehtimal olunur. Fakt araşdırılır.