“Mançester Siti” bu mövsüm Premyer Liqa çempionluğuna görə təxminən 166 milyon funt sterlinq alacaq.

"Unikal" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. 

Bildirilib ki, 166 milyon funt-sterlinq Premyer Liqa tarixində çempion üçün ən yüksək pul mükafatıdır.

Qeyd edək ki, Xosep Qvardiolanın komandası ötən mövsüm 153 milyon funt-sterlinq qazanıb.