Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi və "Enactus Azərbaycan"ın təşkilatçılığı ilə "Gənclər Paytaxtı" Mingəçevirdə "Enactus Biznes Məktəbi" adlı tədbir başlayıb.

"Unikal" xəbər verir ki, 25-28 May tarixində "Gənclər Paytaxtı" Mingəçevir şəhərində həyata keçirilən "Enactus Biznes Məktəbi" layihəsinin Enactus komandalarının iştirak etdiyi "Enactus Milli Yarış" Simulyasiyası Müsabiqəsinin yarımfinal mərhələsi keçirilib.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Enactus komandasının prezidenti Zəhra Əhmədzadə və maliyyə üzrə meneceri Ömər Sərxanlı, həmçinin layihə meneceri İsa Mikayıllı iştirak edib.