Göyçay rayonunda yol-nəqliyyat hadisəsi olub.

"Unikal"ın məlumatına görə bu gün saat 15:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhərindən keçən hissəsində "Toyota Prado" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində rayon sakinləri, 1993-cü il təvəllüdlü Eminov Vasif Maarif oğlu və 2004-cü il təvəllüdlü Mirzəliyev Vüsal İlqar oğlu xəsarət alıb. Yaralılar ambulans avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov