Kiyev vilayətində işğaldan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları artıq 1376 nəfərin meyitini tapıblar.

"Unikal" ukrinform-a istinadən xəbər verir ki, bu barədə Kiyev vilayətinin polis rəisi Andrey Nebytov  yerli KİV-ə müsahibəsində bildirib.

“Ümumilikdə bizdə 1376 ölü cəsədi var. 15 kütləvi dəfn yeri aşkar edilib. Rus hərbçiləri onlara müxtəlif yollarla işgəncə veriblər. Vətəndaşlarımızı maşın kabeli ilə boğublar, elektriklə döyüblər. İnsanların oynaqlarını sındırmaq üçün taxta çubuqlardan istifadə edən fərdi cəlladlar olub", - deyə o,  ifadə edib.  

Paytaxt vilayətinin polis rəisi qeyd edib ki, bütün hüquq-mühafizə orqanları rusların törətdiyi hərbi cinayətlərin üstünü açmağa yönəlib.