Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxsi intihar edib.

"Unikal" Bakupost.az-a istinadən xəbər verir ki, hadisə Ceyranbatan qəsəbəsində baş verib. Belə ki, nazirliyin Sumqayıt regional Dövlət yanğın nəzarəti idarəsinin təhlükəsizliyi üzrə normativ iş şöbəsinin rəisi polkovnik-leytenant Cəbişov Muxtar Əli oğlu özünə qəsd edib.

Məsələ ilə bağlı araşdırma aparılır.