"Crocus Group”un birinci vitse-prezidenti Emin Ağalarov şirkəti tərk edərək, “Agalarov Development” adlı yeni çoxşaxəli müəssisə yaradıb.

"Unikal" xəbər verir  ki, bu barədə o, RİA Novosti-yə müsahibəsində danışıb.

“Mən şirkətdən ayrıldım və hazırda öz layihələrim üzərində işləyirəm”, - Ağalarov bildirib.

Həmçinin, E. Ağalarov 2001-ci ildən atası Araz Ağalarovun şirkəti “Crocus Group”da çalışdığını dilə gətirib. 

İş adamı yeni “Agalarov Development” şirkətinin təkcə tikinti ilə deyil, digər sahələrdə də məşğul olacağını vurğulayıb. Şirkətin doqquz biznes sahəsində çalışacağı və 60 layihə, o cümlədən fitnes klublar şəbəkəsi, eləcə də restoranlar şəbəkəsi hazırlayacağı bildirilir.

Ağalarov Azərbaycanda Bakı yaxınlığında yerləşən "Sea Breeze" kurort kompleksini və Moskva vilayətində "Estate Mall" ticarət mərkəzini idarə edir. 

Gülayə  Mecid