Bakıda evdən, mağazadan və kafedən 7080 manatlıq oğurluq edilib.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Binə qəsəbəsi ərazisində 3 evdən, 2 mağazadan və 1 kafedən ümumilikdə 4000 manat pul və 3080 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Miraşikinko saxlanılıb.

Araşdırma aparılır.