Pakistanın keçmiş baş naziri İmran Xan dindirilməyə çağırılıb.

"Unikal" xəbər verir ki, bu barədə “Geo News” məlumat yayıb.

Bildirilir ki, Xan Pakistanın ilk general-qubernatoru Məhəmməd Əli Cinnənin evinə və Lahordakı korporativ binaya edilən hücumları araşdırmaq üçün Pəncab administrasiyasının müstəntiqləri tərəfindən dəvət edilib.

Xatırladaq ki, İmran Xan mayın 9-da ölkədə baş verən iğtişaşlar zamanı həbs edilmişdi. Pakistan Ali Məhkəməsi onun həbsini qanunsuz saymışdı.