"Moskvaya pilotsuz təyyarələr basqın zamanı hava hücumundan müdafiə sistemi düzgün işləyirdi, amma üzərində işləməli şeylər var"

"Unikal" xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin , Moskvada pilotsuz uçuş aparatlarının (PUA) hücumu zamanı hava hücumundan müdafiə sisteminin normal, qənaətbəxş işlədiyini, baxmayaraq ki, üzərində işləmək lazım olan məqamlar olduğunu bildirib. 

O vurğulayıb ki , Ukrayna ərazisində xüsusi hərbi əməliyyat başlayandan Rusiya Federasiyası Ukraynanın hərbi infrastruktur obyektlərinə uzaqmənzilli dəqiqlikli silahlarla zərbələr endirir. Onların arasında Putin bu yaxınlarda hücuma məruz qalan Ukraynanın hərbi kəşfiyyat qərargahının da adını çəkib. 

“Ukrayna rejimi buna cavab olaraq Rusiya vətəndaşlarını qorxutmaq və yaşayış binalarına zərbələr endirmək üçün fərqli yol seçdi. Bu, terror fəaliyyətinin bariz göstəricisidir. Moskvanın hava hücumundan müdafiəsi normal, qənaətbəxş işləyirdi. Baxmayaraq ki, üzərində işləmək üçün nəsə var”, - Rusiya Federasiyasının Prezidenti bildirib.

O əlavə edib ki, Rusiya tərəfi artıq Suriyada oxşar problemlərlə üzləşib  .

Mayın 30-da səhər saatlarında Moskva pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Nəticədə paytaxtda 3 evə ziyan dəyib. Pilotsuz uçuş aparatları Novomoskovski rayonunda Atlasova küçəsindəki hündürmərtəbəli binaya, Profsoyuznaya küçəsindəki yaşayış binasına, 16-cı mərtəbədəki mənzilin pəncərəsinə və Leninski prospektindəki evə dəyib.

 

14:44

PUA-ların Moskvaya hücumu Rusiya Federasiyasının Ukraynada xüsusi hərbi əməliyyatın davam etdirməli olduğunu təsdiqləyir.

"Unikal" xəbər verir ki,  bu  barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə keçirdiyi brifinqdə deyib.  

“Bu, bu xüsusi hərbi əməliyyatın davam etdirilməsi və qarşıya qoyulan məqsədlərə nail olunmasının zəruriliyini bir daha təsdiqləyir”, - deyə o bildirib.

Eyni zamanda, Peskov hava hücumundan müdafiə sisteminin (hava hücumundan müdafiə) yaxşı işlədiyini qeyd edərək, Moskvanın təhlükəsizlik məsələlərini şərh etməkdən imtina edib.