Ukrayna məhkəməsi dövlət başçısı Volodimir Zelenskiyə qarşı dövlətə xəyanət maddəsi ilə cinayət işi açmağı tapşırıb.

"Unikal" gazeta.ru-ya istinadən xəbər verir  ki,  bu barədə Ukrayna Ali Radasının deputatı Geo Leros öz "Telegram" kanalında yazıb.

“Onlar Zelenski və digərlərinə qarşı “dövlətə xəyanət” maddəsi ilə cinayət işinin açılmasını əmr ediblər.  Nəzərinizə çatdırım ki,  Zelenski rus FTX agentlərini SBU-da əsas vəzifələrə təyin edib. Məhkəmə bizə məlumatı Ukrayna İbtidai İstintaqların Vahid Reyestrinə daxil etməyi və məhkəməyəqədər araşdırmaya başlamağı tapşırdı”, - Leros bildirib.

Onun sözlərinə görə, Zelenski və onun ən yaxın adamları Rusiya FTX agentlərinin SBU-ya (Ukrayna Təhlükəsizlik Xidməti. - red) təyin edilməsində müttəhim kimi dindirilməlidir.

Bundan əvvəl Leros Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermakı Müxalifət Platforması - Həyat Naminə (OPPL) Siyasi Şurasının sədri Viktor Medvedçukun tikinti holdinqindəki payını mənimsəməkdə ittiham edib. Deputat əlavə edib ki, o, artıq Ukrayna Milli Antikorrupsiya Bürosuna (NABU) Yermakı ittiham edən bəyanat göndərib.

Gülayə Mecid