Bakı Mühəndislik Universitetində (BMU) AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə gerçəkləşdirilən "Brend tələbə" layihəsi çərçivəsində seçilən tələbələrinin mükafatlandırılma tədbiri keçirilib.

"Unikal" xəbər verir ki, BMU-nun tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə əsas məqsədi tələbələr arasında sağlam rəqabət mühitinin formalaşdırılması, aktiv gənclərin daha geniş müstəvidə tanıdılması, bacarıqlarının digər tələbələrə də çatdırılması olan layihənin önəmini vurğulayıb və belə layihələrin tələbələrin gələcək inkişafındakı roluna diqqət çəkib.

Prorektor çıxışında universitetdə fəaliyyət göstərən müxtəlif tələbə təşkilat və klublarının fəaliyyətindən, həmçinin tələbələrin asudə vaxtlarının səmərəli təşkilində bu qurumların rolunan bəhs edib. Müxtəlif seminar və beynəlxalq yarışlarda BMU tələbələrinin fəallığı, onların elmi-tədqiqat fəaliyyətinə cəlb edilməsi istiqamətində atılan addımları da nəzərə çatdıran Bayram Hüseynzadə, eyni zamanda gənclərin müxtəlif istiqamətlər üzrə istedadlarının üzə çıxarılması üçün ali təhsil müəssiəsində həyata keçirilən layihələr və s. haqda danışıb. 

AzEdu.az təhsil portalının icraçı direktoru Tünzalə Abbasova Azərbaycanın 22 universitetini əhatə layihə barədə ətraflı məlumat verib. Bildirilib ki, 10 nəfərlik “Brend tələbə” siyahısı ekspert komissiyasının müəyyənləşdirdiyi meyarlar əsasında tərtib edilib və seçim birbaşa universitetlər tərəfindən aparılıb. Seçimlər üçün tələbənin universitetə gətirdiyi yenilik, yeni çağrışlarla bağlı yanaşmaları; xüsusi analitik qabiliyyəti və natiqlik keyfiyyətləri; universitetin ictimai həyatında aktivlik və kommunikabellilik; beynəlxalq tələbə proqramlarında iştirak və səmərəlilik və s. kimi meyarlar əsas götürülüb.

Sonra tələbələr maraq göstərdikləri istiqamətlər, həyata keçirdikləri layihə və təşəbbüslər haqda fikirlərini bölüşüblər. 

Çıxışlardan sonra tələbələrə təltifnamələr təqdim edilib.

BMU-nun Azərbaycan universitetlərinin “Brend tələbələr”i sırasında yer alan tələbələrinin siyahısını təqdim edirik:

  1. Daşdiyev Nadir Qadir oğlu (Mühəndislik fakültəsi, II kurs)

  2. Abdullazadə Xədicə Namiq qızı (Pedaqoji fakültə, III kurs)

  3. Xəlilov Canel Rafael oğlu (İqtisadiyyat və İdaretmə fakültəsi, II kurs)

  4. Bağırzadə Günsel Vüqar qızı (Pedaqoji fakültə, III kurs)

  5. Abdullayeva Gülcahan Rövşən qızı (Memarlıq və İnşaat fakültəsi, II kurs)

  6. Hacıyev Rəvan Əfqan oğlu (Mühəndislik fakültəsi, II kurs)

  7. Mirili Nurtac Rövşən qızı (Pedaqoji fakültə, II kurs)

  8. Əliyev Rəşad Rasim oğlu (Mühəndislik fakültəsi, II kurs)

  9. Cavad Məmmədli Füzuli oğlu (Memarlıq və inşaat fakültəsi, II kurs)

      10. Həsənov Elvin Ceyhun oğlu (Mühəndislik fakültəsi II kurs)